Hindistan Pakistanla diplomatik və sərhəd əlaqələrini kəskin şəkildə məhdudlaşdırır

Bölmə: Siyasət › ,
Tarix: 17:52 25.04.2025

 

Hindistan hökuməti Pakistanla gərginliyin artması fonunda ciddi addımlar atıb. Rəsmi Yeni Dehli bütün Pakistan vətəndaşlarının ölkədən çıxarılması barədə qərar qəbul edib. Bununla yanaşı, Hindistan Pakistan səfirliyində Müdafiə Nazirliyini təmsil edən bütün attaşeləri də ölkədən çıxarıb.

 

Bundan əlavə, Hindistan-Pakistan arasında mövcud olan quru sərhədi tamamilə bağlanıb. Bu addımlar iki ölkə arasında mümkün eskalasiyanın siqnalı kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, əsas səbəb bu regionda Pakistan üzərindən yeni oyun oynamaq və yeni müharibə yaratmaqdır:

 

“Təəssüf ki, Hindistan öz əlində olmuş resurslardan istifadə edib, ciddi bir terror aksiyasi reallaşdırdı və bunun günahkarı kimi Pakistanı göstərdi. Əsas səbəb bu regionda Pakistan üzərindən yeni oyun oynamaq və yeni müharibə yaratmaqdır. Məncə, sifarişçinin təxminən hara olduğu da məlumdur. Pakistanın o regiondaki siyasəti və regionda oyunçu olmaq istəyi Hindistanın arxasında dayanan qlobal güclərin xoşuna gəlmir, o cümlədən, ABŞ-nin. Elə hesab edirəm ki, bütövlükdə Kəşmir zonasının müharibəyə cəlb olunması baş verəcək. Buna da başqa formada Çinin müharibəyə cəlb olunması prosesinə bənzəməsi demək olar".

 

Günel Verdiyeva