Pentaqon Suriyadakı hərbiçiləri azaldıb

Tarix: 13:10 25.04.2025
Pentaqon yaxın aylarda Suriyadakı hərbçilərin sayını 1000-dən aşağı endirdiyini təsdiqləyib, lakin Suriyada qalan İŞİD terrorçularına zərbələr endirməyə davam edəcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Suriyada Türkiyə reallığı var:
“DAİŞ ilə mübarizədə, müharibənin ikini növü var. Biri havadan zərbə endirmək, biri də var quru əməliyyatlar. Ən riskli və ən çətini quru əməliyyatlardır. Əslində, hər bir ordunun gücü, onun effektivliyi quru əməliyyatlarla bilinir. DAİŞ ilə mübarizədə, Amerika da özünü qəhrəman elan edib, Rusiya da. Amma DAİŞ ilə yeganə hərbi, yəni rəsmi ordu olaraq, Suriyada yeganə ordu olaraq, meydanda döyüşən Türkiyə olub. Türkiyənin Suriyada hərbi əməliyyatları oldu. O təkcə YPK PYD-yə qarşı deyil idi. Həm DAİŞ-ə, həm də Əsədçilərə qarşıdır. Orada kimin proksi, kimin qüvvələri var idi, hansı təşkilat var idi, hərbi təşkilatı var idi, Türkiyə orada onlarla üz-üzə gəlib. Ya Türkiyə, ya Türkiyənin dəstəklədiyi, məsələn, Azad Suriya Ordusu. Ona görə Amerika heç vaxt DAİŞ ilə ciddi mübarizə aparmayıb. Yəni ciddi mübarizə deyəndə mən quru əməliyyatı deyirəm. Çünki orada itki vermək riskin daha çoxdur. Əsgərlərdir, zabitlərdir və s. İndi azaldıblar, çünki Suriyada bir reallıq var, Türkiyə reallığı var. Trump da bunu təsdiqləyib. Suriyanın verdiyi Türkiyədir. Bu, belə deyək, bu ağa münasibətdir. Mən ağayam, buranın sahibiyəm. Bunu ona verirəm, onu buna verirəm. Elə deyil, artıq Amerikaya elə deyil. Trump yaşlı adamdır, özünə elə aparır. Bəzilər də onun bu kaprizlərinə göz yumurlar. Ərdoğan da Trampa yox elə deyil deyəsi deyil. Əsas odur ki, Amerika oradan rədd olub çıxsın. Türkiyə ona çalışır. Və artıq yavaş-yavaş azaldır da, bu da Türkiyənin mövqeyini daha da gücləndirir. Çünki İsaril Amerika çıxsın istəmir. Amma Amerika Türkiyənin istəyi ilə çıxır. Çünki Trampın ilk prezidentlik dövründə də Amerika söz vermişdi ki, Suriyadan çıxacaq, amma çıxmadı. İkinci dövründə tam çıxmasa da, kontingentini azaldır. Bu da Türkiyə və Suriya dövlətinin maraqlarına cavab verir. Amma İsrailin maraqlarına cavab vermir”,-deyə politoloq qeyd edib.
Səyyarə Mirzəyeva