İsrailin “Hizbullah” komandirini öldürməsi bölgədə gərginliyi artıra bilərmi?

Bölmə: Siyasət › ,
Tarix: 19:16 23.04.2025

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının “Məcdal Zun” hərbi kompleksinin komandirini öldürüb.

 

 

Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn “İnformator.az”a açıqlamasında bildirib ki, görünür, tərəflər arasında hər hansı bir danışıq getmir:

 

 

“İsrailin vermək istədiyi mesaj hamıya bəllidir. İsrail silahlı çatışmada olduğu rəqibləri ilə ancaq güc dili ilə danışır. Hər bir halda belə görünür ki, tərəflər arasında hər hansı bir danışıq getmir. Ortada bir sülh və ya atəşkəs olmadığı təqdirdə bu tərəflər biri-birilərinə bu cür cavab verə biləcəklər. Əlbəttə, Hizbullahın əvvəlki gücü qalıbmı, qalmayıbmı o belə məçhuldur. Amma hər bir halda, bu bölgədə yeni gərginliklərin olacağını göstərir”,- deyə politoloq qeyd edib. 

 

 

Səyyarə Mirzəyeva