UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu necə keçdi?

Bölmə: İdman › ,
Tarix: 22:44 29.04.2025

"Bir neçə il bundan öncə, hardasa 1 favorit olurdusa, məsələn, lap keçmişə baxsaq "Barcelona"nın ən güclü vaxtında açıq-aşkar 1 favorit olurdu, “bəlkə bir komanda mane olacaq" deyilsə də, "Barcelona" favorit olurdu. Sonrakı illərə baxsaq, "Barcelona" hər zaman öndə idi, bir dövr sadəcə "Manchester City" hamıya meydan oxudu, həmin il Çempionlar Liqasını qazandı. Digər dövrdə "Real Madrid" ard-arda 3 il məğlub olsa belə, bir yerdə ümid var idi".

 

Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az”a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, bu yarımfinala baxdıqda açıq-aşkar favorit görmürəm:

 

"Bəlkə də, "Paris Saint-Germain" çox az da olsa, buna yaxındır, ancaq əvvəlkilər qədər də favorit olduğunu vurğulaya bilmərəm. Mən "Arsenal" və "PSG" yarımfinalında "PSG"ni qələbəyə daha yaxın görürəm. Bunu əvvəlki "PSG"yə baxaraq, bəlkə də, Neymarlı, Messili "PSG" azarkeşlər üçün ən yaxşı komanda kimi sayılırdı. Bu da adını çəkdiklərimin müdafiəçi mövqeyində yeri yox idi. Bu halda isə klub çox sayda qol buraxırdı. İndi isə klubun oyunu balanslı şəkildədir. Hər xətdə isə Avropanın ən yaxşı oyunçuları var. Kimin qol vuracağı isə müəyyən etmək çətindir. Nə qədər "Arsenal"ın vəziyyəti çox yaxşı olsa da, mənə elə gəlir ki, "PSG"nin potensialı daha yüksəkdir".



Müsahibimizin sözlərinə görə, hər oyunda favorit tutmaq çətin olsa da, "İnter" və "Barcelona" arasındakı turda , sözsüz ki, "Barcelona"nı seçərəm:


"Çünki gənc oyunçulardan, və strateq məşqçilərdən ibarətdir. İspaniyanın texnikalı futboluna alman disiplini gətirən bir məşqçi Freek var. Düşünürəm ki, "Real Madrid"lə daxili çempionatçıqda keçirdiyi oyun əslində əsas verir ki, komandanın qol vurma potensialı , həqiqətən , çox yüksəkdir. "İnter" də daxili çempionatında yaxşı nəticə göstərməyə çalışırlar. Yarımfinala çıxan bir komanda yaxşı mübarizə ilə bura qədər gəlib deməkdir. Ancaq "Barcelona" müdafiəsinin qarşısında necə qalacağı bu mübahisəlidir. 4 klub arasında favorit "Barcelona" və " PSG" olsa da, hər biri çox yaxşı oyun göstərərək bu tura gəlib çıxıblar, onlara uğurlar arzu edirəm".



Zəhra Möhübbətova