Tramp İranla nüvə sazişinin mümkünlüyünə əmindir

Bölmə: Siyasət › ,
Tarix: 20:22 30.04.2025

 

ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının İran İslam Respublikası ilə nüvə proqramı ilə bağlı razılığa gələ biləcəyinə tam əmindir.

 

Mövzu ilə əlaqədar politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu milli saziş hər iki dövlət üçün vacibdir. Çünki ABŞ xarici siyasətdə gərginliyi azaltmalıdır:

 

"Çünki ABŞ həm tarif vergi siyasəti ilə həm də NATO-dan öhdəlikləri yerinə yetirməməyə Avropa İtiffaqının müdafiəsindən artıq geri çəkilmək kimi açıqlamaları ilə dünya siyasətini gərginləşdirir. Burada bir yumuşalma var idi. Eyni zamanda İranı Çin və Rusiya təsirindən müəyyən qədər uzaqlaşdırmaq olardı. Digər məsələdə isə Tramp özü haqqında yaza bilərdi ki, dünyaya sülh və ədalət gətirib. Necə ki, Ukrayna da, Fələstin də, İsrail də sülhə çalışır. İranın da iqtisadi vəziyyət çox kəskin dərəcədə pisləşib etirazların partlayışı dönəmindədir. İran dövləti neftini lazım olan dərəcədə sata bilmir. İran öz neftini gizli yollarla satır və yarı qiymətinə satır. Satdığı neftin də əvəzinə vergiləri və valyutanı ödəyir. Faktik olaraq İran əhalinin sosial ehtiyaclarını qarşılaya bilmir. Bəlkə də İrana bu lazımdır ki, öz düzənini bərpa etsin, sərhədləri açılsın. Eyni zamanda itirdiyi iqtisadi vəziyyətini bərpa etsin".

 

Ekspert açıqlamasında bildirib ki, keçiriləcək görüş kifayət qədər asan görüş olmayacaq:

 

"Bir tərəfdən hər iki tərəf uğur qazanmağa maraqlıdır. Digər tərəfdən də İsrail məsələnin qəti əleyhinə çıxır. Eyni zamanda ABŞ-nin İran və Hindistan ərazisindəki siyasi münasibətlərə daxil olması, bəzi, hətta mütəffiq ölkələri də narahat edir. Ona görə də onlardan da bu mərhələyə müqavimət göstərənlər var. İranla sazişə qarşı gəlirlər. Digər tərəfdən Çin də bu məsələnin əleyhinədir. Çünki Çinin İranla bağlı planları var. Çin 400 milyardlıq İranla müqavilə imzalayıb. İqtisadi əməkdaşlıqları olacaqdı. İranın dəniz limanları qorunur və qorunacaqdır. Burada Çinvə Böyük Biritaniya anlaşıb. İndi ki halda bununla bağlı razılığa və gələcəklə bağlı danışıq hələ tezdir".

 

Asiman Vəliyeva