“İnsan alveri ilə mübarizə haqqında” qanunun qəbul edilməsinin-20 İLLİYİ İLƏ BAĞLI GÖRÜŞ

Tarix: 19:42 02.05.2025
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 21-ci ili və “İnsan alveri ilə mübarizə haqqında” qanunun 20 illiyi münasibətilə görüş keçirilib.
İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalsiyasının təşəbbüsü ilə 2 may 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov və QHT-lə iş üzrə şöbərinin Araz Babayevlə Koalsiyanın İdarə heyəti və NTK üzvləri görüşüb.
Görüşdə 20 il ərzində görülümüş işlər, QHT-lərlə dayanıqlı əməkdaşlıq, mövcud problemlə bağlı mübarizidə istiqamətlər və yeni strategiyalar ətrafında səmimi mühitdə müzakirələr aparılıb.
Qeyd edək ki, görüşün keçirilməsinə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov tərəfindən dəstək göstərilib.