Husilər İsrail ərazisinə raket zərbəsi endiriblər

Bölmə: Siyasət › ,
Tarix: 21:18 02.05.2025

 

“Ənsar Allah” hərəkatından olan husilər İsrailin Hayfa şəhərində yerləşən kritik obyektə hipersəs ballistik raketlə zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

 

“Yəmənin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal olunmuş Hayfa bölgəsində İsrailin kritik obyektini hipersəs ballistik raketlə vurub. Bu, bir neçə saat ərzində ikinci belə əməliyyatdır”, - Sariya deyib.