"Zirə” qələbə qazandı, ikinciliyi təmin etdi

Bölmə: İdman › ,
Tarix: 22:07 02.05.2025

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

 

“Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Salifu Sumanın 48-ci dəqiqədə vurduğu qol bakılılara qələbə qazandırıb - 1:0.

Bununla da Rəşad Sadıqovun komandası ardıcıl ikinci mövsümdə 67 xalla sona 3 tur qalmış Premyer Liqada ikinciliyi təmin edib.

Qeyd edək ki, “Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah” oyunları sabah, “Qarabağ” – “Sumqayıt” və “Neftçi” – “Kəpəz” matçları isə mayın 4-də keçiriləcək.