Trixotillomaniya nədir?-Dermatoloq AÇIQLAYIR

Tarix: 22:44 02.05.2025
“Trixotillomaniya insanın öz saçlarını və ya bədəndəki digər tükləri çəkməklə xarakterizə olunan psixoloji pozuntudur. Bu xəstəlik uşaqlıq, yeniyetmə dövründə başlayır və daha çox qadınlarda rast gəlinir. Trixotillomaniya insanların gündəlik həyatında əsasən münasibətlərə təsir edir, psixoloji sağlamlığa ciddi təsir göstərə bilir”.
Bu sözləri dermatoloq Şəbnəm Məmmədova “İnformator.az”a açıqlamasında deyib.
Dermatoloqun sözlərinə görə, xəstəliyin dəqiq səbəbləri yoxdur, aydın deyil:
“Çünki psixoloji pozuntudur və bu faktorların xəstəliyin yaranmasında müəyyən rolu var. Trixotillomaniyanın müalicəsində fərdi yanaşma olur, çünki fərdi olaraq dəyişə bilir və çoxşaxəli yanaşma tələb edir, pasiyentin vəziyyətinə uyğun olaraq dəyişir”.
Dermatoloqun sözlərinə görə, xəstəliyin müalicəsində KDT və medikamentoz müalicə də var:
“KDT terapiyası ilə işləmək üçün psixoloqa da müraciət olunur. Medikamentoz müalicə var. Koqnitiv davranış terapiyasında o davranış şəklindən başqa bir davranış tərzinə keçməklə əvəz olunur.
Medikamentoz müalicədə isə bəzi hallarda antidepresantlar, sakitləşdiricilər təyin olunur. Son vaxtlarda aktuallaşan qrup terapiyası bu mübarizədə xəstələrin bir-birinə qrup halında dəstək olmaları, motivasiya etməkləri üçün yaranan terapiyadır.
Həyat tərzini dəyişmə yanaşması isə stressin idarə edilməsi, düzgün qidalanma, yuxu rejimi, trixotillomaniyanın idarə olunmasında vacib rol oynaya bilir. Yoqa, meditasiya günümüzdə daha aktual olan terapiyalardır”.
Nərmin Həşimova