Tramp Hindistan və Pakistanı "toqquşmaları dayandırmağa" çağırıb

Bölmə: Dünya › ,
Tarix: 23:00 07.05.2025

ABŞ Prezidenti Tramp Hindistan və Pakistan arasındakı münaqişəyə son qoymağa çağırıb.


Prezident Tramp Ağ Evdə keçirilən mərasimdə Hindistan və Pakistan arasındakı münaqişə ilə bağlı açıqlamalar verib. Hər iki ölkə ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayan Tramp bu problemin ən qısa zamanda həll olunacağına ümid etdiyini bildirib.
"Bu, dəhşətli vəziyyətdir. Mənim mövqeyim hər iki ölkə ilə anlaşmaqdır. Mən hər iki ölkəni çox yaxşı tanıyıram və onların bu məsələni həll etmələrini görmək istəyirəm. Döyüşün dayanmasını görmək istəyirəm", - Tramp bildirib.


Hər iki tərəfin bir-birinə hücum etdiyini qeyd edən Tramp:
"Hər iki ölkə ilə çox yaxşı anlaşırıq. Bunun sonunu görmək istəyirəm. Kömək etmək üçün edə biləcəyim bir şey varsa, əlbəttə ki, orada olacağam",-deyib.



HİNDİSTANIN PAKİSTANA HÜCUMU


Hindistan aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirib.
Hindistan ordusu "terror strukturları" olaraq xarakterizə etdiyi 9 hədəfi vurduğunu açıqlasa da, İslamabad rəhbərliyi hücumlarda 6 mülki məntəqənin hədəf alındığını və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.

 


Mənbə: CNN Türk
Əminə Əliyeva