ABŞ və Çin danışıqlara bu həftə başlayacaq

Tarix: 17:47 07.05.2025
ABŞ və Çin rəsmiləri dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini aradan qaldırmaq üçün bu həftə danışıqlara başlayacaqlar. Çin Xarici İşlər Nazirliyi mayın 9-12-də Çin Baş nazirinin müavini He Lifengın İsveçrədə keçiriləcək danışıqlarda iştirak edəcəyini açıqlayıb. İclasda Vaşinqtonu ABŞ-nin maliyyə naziri Skott Bessent və ABŞ Ticarət Nümayəndəsi (USTR) Ceymison Qrin təmsil edəcəyi açıqlanıb. Ağ Evə qayıtdıqdan sonra Prezident Donald Tramp Çin mallarına 145%-ə qədər yeni idxal tarifləri tətbiq edib.
Pekin buna cavab olaraq ABŞ-dan bəzi mallara 125% rüsum tətbiq edib. Lakin qlobal ticarət ekspertləri BBC-yə bildiriblər ki, danışıqların bir neçə ay çəkəcəyini gözləyirlər. Bu, Çinin vitse-prezidenti Han Zheng-in yanvarda Trampın andiçmə mərasimində iştirak etməsindən sonra iki ölkə arasında ilk yüksək səviyyəli qarşılıqlı əlaqə olacaq. Bessent, ABŞ-nin maraqlarına daha yaxşı xidmət etmək üçün beynəlxalq iqtisadi sistemin yenidən balanslaşdırılmasını səbirsizliklə gözlədiyini söyləyib.
BBC news
Asiman Vəliyeva