Suriyada şübhəli hökumət qüvvələrini ələviləri edam etməkdə ittiham edir

Tarix: 20:19 07.05.2025
Mart ayında Suriyanın ələvi azlığının edamlarında iştirak etməkdə ittiham olunan şəxslərdən biri BBC-yə deyib ki, o və bölgəyə köçən digər silahlı mülki şəxslər hökumət qüvvələri vasitəsilə məlumatlandırılıb və onların nəzarəti altında hərəkət ediblər.
Əbu Xalid deyib ki, o, martın 7-də mülki döyüşçü kimi Aralıq dənizi sahilindəki Sanobar kəndinə “keçmiş rejim üsyançılarına qarşı” mübarizəyə kömək etmək üçün gedib.
“Baş Təhlükəsizlik Departamenti bizə mülki şəxslərə zərər verməməyi və yalnız bizə atəş açan üsyançılara cavab atəşi açmağı söylədi.
Yanımda səkkiz nəfər var idi, lakin biz böyük bir qrup idik. Baş Təhlükəsizlik bölməsi heç kimin kəndə və onun sakinlərinə zərər verməməsi üçün prosesi izləyirdi".
Daha sonra o, 64 yaşlı kənd sakini Mahmud Yusuf Məhəmmədi öz evinin girişində güllələyərək öldürdüyü anı kameraya çəkib.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova