Döş qəfəsinin rentgenoqrafiyası nədir?

Tarix: 20:58 07.05.2025
İnkişaf edən texnologiya sayəsində tibbdə diaqnoz və müalicə prosesləri hər keçən gün asanlaşır. Xüsusilə xəstəliklərin erkən diaqnozu üçün görüntüləmə üsulları böyük əhəmiyyət kəsb edir.
Bu üsullardan biri olan döş qəfəsinin rentgenoqrafiyası (rentgen) tənəffüs orqanlarının xəstəliklərinin diaqnostikasında ən çox istifadə edilən vasitələrdən biridir. Döş qəfəsinin rentgenoqrafiyası tənəffüs yolları, ağciyər toxuması, ürək, onurğa və qabırğa qəfəsi kimi daxili strukturların diaqnostikasına kömək edən rentgen üsuludur.
Mənbə: CNN Türk
Zəhra Möhübbətova