Vyetnamın Azərbaycanla münasibətləri inkişaf edir

Bölmə: Siyasət › ,
Tarix: 20:57 07.05.2025

 

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7–8 may tarixlərində Bakıya nəzərdə tutulan dövlət səfəri Hanoyun Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyini təsdiqləyir. "Coğrafi uzaqlığa baxmayaraq, Vyetnam və Azərbaycan xalqları həmişə bir-birinə xüsusi hisslər bəsləyib, çoxsaylı tarixi sınaqları və zamanın çağırışlarını birlikdə dəf ediblər. Bunun sayəsində iki xalq arasında xüsusi ənənəvi dostluq əlaqələri formalaşıb", – Vyetnam qəzeti qeyd edir. Diplomatik münasibətlərin qurulmasından sonra tərəflər arasında müxtəlif səviyyələrdə mütəmadi olaraq səfər mübadiləsi həyata keçirilir.

 

Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn bildirib ki, Vyetnam Şərqi Asiyada iqtisadiyyatı ən güclü və çiçəklənən ölkələrdən sayılır. Çünki Çin yolunu seçmişdir. Əhalisinin çox olmasına və əlverişli mövqedə yerləşdiyinə görə Vyetnamda bir çox ölkələr iqtisadi yatırımlar edirlər:

 

"Vyetnam bir çox hərbi layihələr də həyata keçir. Vyetnam bir sıra Avropa ölkələrindən silah alır. Regionda Vyetnamın ən böyük siyasi rəqiblərindən biri Çin sayılır. Əvvəlki dövrlərdə ABŞ-nin Vyetnama hücumlar etməsinə baxmayaraq, hazırda onların əlaqələri çox sıx davam etməkdədir. Azərbaycan Şərqi Asiya ölkələrinə və Vyetnama SSR dönəmində müəyyən məhsulları ixrac edirdi. Bu, hazırkı dövrdə də qarşılıqlı davam edir".

 

Aygün Babayeva