Kaliforniyada itdiyi deyilən 8 miqrant tapılıb

Tarix: 21:42 07.05.2025
ABŞ rəsmiləri çərşənbə axşamı bildiriblər ki, Kaliforniya sahillərində dənizdə qayığın batması nəticəsində itdiyi ehtimal edilən səkkiz miqrant sağ tapılıb. Eyni hindistanlı ailədən iki uşaq da daxil olmaqla dörd nəfərin ölümü ilə nəticələnən insan qaçaqmalçılığı dramına son qoyulub.
ABŞ-nin San Dieqodakı prokurorluğunun məlumatına görə, ABŞ Sərhəd Patrul agentləri səkkiz miqrantı daxili tranzit məntəqəsində tapıblar. Bazar ertəsi səhər kiçik qayıq aşdığı zaman qrup Del Mar çimərliyindən sahilə çıxaraq üç maşınla oraya aparılıb.
İtkin düşən doqquzuncu miqrant, Hindistandan olan 10 yaşlı qızın taleyi məlum deyil. Federal prokurorlar bildiriblər ki, onun dənizdə öldüyü ehtimal edilib.
Təcili yardım qrupları panqa tipli qayığın çevrilməsindən az sonra onun 14 yaşlı qardaşının, eləcə də boğulan digər iki nəfərin cəsədini çıxarıb. Uşaqların valideynləri də daxil olmaqla daha dörd nəfər sörfdən xilas edilərək xəstəxanalara aparılıb. Prokurorlar atanın komada olduğunu bildiriblər.
İddia edilən üç avtomobil sürücüsü - 33 yaşlı Melissa Jennelle Cota, 32 yaşlı Qustavo Lara və 31 yaşlı Sergio Rojas-Fregoso - hamısı qeyri-qanuni əcnəbilərin daşınmasında ittiham olunub və bu, maksimum 10 il həbs cəzası nəzərdə tutub.
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem verdiyi açıqlamada Ədliyyə Nazirliyindən qayığı idarə etməkdə təqsirləndirilən iki nəfərə qarşı ölüm cəzası tələb edəcəyini bildirib.
Mənbə: Reuters
Səyyarə Mirzəyeva