Belarusun Azərbaycandakı səfirliyi Qələbənin 80 illiyi münasibətilə tədbirlər keçirib

Tarix: 16:26 08.05.2025
Belarusun Azərbaycandakı səfirliyi İkinci dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə tədbirlər keçirib.
"İnformator.az” xəbər verir ki, bu barədə Belarus səfirliyinin sosial şəbəkə səhifəsində bildirilib.
Məlumatda qeyd olunub ki, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç MDB ölkələrinin səfirləri ilə birlikdə İkinci dünya müharibəsində həlak olan hərbçilərin Bakıdakı abidəsi önünə əklil qoyub.
D.Pineviç həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub. Səfir Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından Belarusun azad edilməsində iştirak etmiş veteranlara hədiyyələr təqdim edib.