Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Bölmə: Siyasət › ,
Tarix: 16:48 08.05.2025

 

Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.


"İnformator.az"  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib:

 

Axundov Elçin Əbdül oğlu

 

Amənzadə Raihə Barxudar qızı

 

Fərəcov Sərdar Fərəculla oğlu

 

Göyüşov Nəsib Cümşüd oğlu

 

Məmmədov Sabir Novruz oğlu

 

Rövşən Ramiz Məmmədəli oğlu

 

Yaqubova Ella İsmayıl qızı.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.