Təbiət oyanıb, allergiya mövsümü başlayıb

Bölmə: Maraqlı › ,
Tarix: 21:30 08.05.2025

Gözlərdə sulanma, asqırma və burunda qaşınma… Bahar, polen allergiyası olanlar üçün heç də asan keçmir. Günlük həyatda tətbiq edilə biləcək sadə, amma təsirli tədbirlərlə allergiyanın mümkün təsirlərini minimuma endirmək mümkündür. Polen allergiyası təkcə böyüklərdə deyil, uşaqlarda da geniş yayılıb və həyat keyfiyyətinə ciddi təsir göstərə bilir.

 

Polenlər xüsusilə açıq havada olduğuna görə, insanlar ilk növbədə çöldəki fəaliyyətlərini yaxşı planlaşdırmalıdır. Xüsusilə səhər və günorta saatlarında, quru və küləkli havalarda zəruri olmadıqca çölə çıxmamaları tövsiyə olunur. Axşam saatlarında polen sıxlığı daha az olduğu üçün açıq hava fəaliyyətlərini mümkün qədər bu saatlara salmaları uyğun olar.

 

Çölə çıxarkən də bəzi tədbirlər görülməlidir. Polenlərdən qorunmaq üçün papaq, maska və eynək istifadə etmək təsirli tədbirlərdir. Həmçinin evə gəldikdən sonra mütləq paltarların dəyişdirilməsi və mümkün olsa, duş qəbul edilməsi tövsiyə olunur. Paltarı çöldə qurutmamaq lazımdır. Səhər saatlarında pəncərə açılmamalıdır. Yenə evdə və iş yerində hava təmizləyicilərindən istifadə etməklə polenlərin süzülməsi və allergiya əlamətlərinin azaldılması mümkündür.

 

TRT XƏBƏR

Lalə Qurbanlı