Milliyyətçi partiyalar PKK-nın silah buraxma qərarı haqqında nə deyir?

Tarix: 20:05 13.05.2025
Beləliklə, MHP sədri Dövlət Baxçelinin 2024-cü ilin oktyabrında etdiyi çağırışla başlanan prosesdə yeni bir mərhələyə keçildi. İqtidar partiyası AKP və MHP-dən gələn ilk reaksiyalar müsbət oldu.
Əsas müxalifət partiyası CHP isə silahların susmasından məmnun olacağını bildirdi, lakin hüquqi proseslə bağlı ehtiyatlı yanaşma sərgilədi. Bəs milliyyətçi elektorata səslənən, bəziləri MHP-dən ayrılmış siyasi partiyalar bu inkişaflara necə yanaşır? İYİ Parti, Zəfər Partiyası və Böyük Birlik Partiyasının (BBP) verdiyi açıqlamalarda PKK ilə aparılan danışıqlara qarşı sərt ifadələr yer alıb. Partiyalar PKK-nın bəyanatının səmimiliyini sual altına alaraq, açıqlamada Lozanna Müqaviləsinə istinad olunmasını da tənqid etdilər.
BBC News
Fatimə Heydərova