Serbiyalı parlamentari Azərbaycana təşəkkür edib

Tarix: 23:19 13.05.2025
Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dusan Mariç beynəlxalq təşkilatlarda və forumlarda ölkəsinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi səmimi dostluq dəstəyinə görə rəsmi Bakıya təşəkkür edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Serbiya parlamentinin rəsmi saytında yayılan məlumatda bildirilib.
Mariç Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevlə görüşündə Serbiyanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə də minnətdarlığını bildirib.
K.Xasıyev qeyd edin ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyü və suverenliyinə bundan sonra da dəstəyini davam etdirəcək.
O, Serbiyanın Avropada Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsinə malik olduğu yeganə ölkə olduğunu vurğulayaraq, ölkələr arasındakı yaxşı münasibətlərin həm də iki ölkə liderlərinin yaxşı münasibətlərinə əsaslandığını əlavə edib.