Tramp: Suriyaya Sanksiyalar Bitir

Bölmə: Sosial › ,
Tarix: 22:16 13.05.2025

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Suriya ilə diplomatik əlaqələri gücləndirmək məqsədilə bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar dayandırılacaq. O, Suriya xalqına “böyüklük üçün bir şans” verilməli olduğunu deyib.

 

Tramp bu açıqlamanı Səudiyyə Ərəbistanında keçirilən Səudiyyə-ABŞ İnvestisiya Forumunda edib. O, çıxışında Yaxın Şərqin terrorizmdən azad, rifahlı və texnoloji baxımdan inkişaf etmiş bir regiona çevriləcəyini vurğulayıb. Tramp, həmçinin, regionda İranın dağıdıcı rolunu önə çəkib və ABŞ-ın xarici liderlərin mənəviyyatına deyil, praqmatik əməkdaşlığa üstünlük verməli olduğunu bildirib.

 

Çıxış zamanı Tramp vəliəhd şahzadə Məhəmməd bin Salmanla 600 milyard dollarlıq investisiya razılaşması imzalayıb. O, Səudiyyə Ərəbistanının “İbrahim Razılaşmaları”na yaxın zamanda qoşulacağına ümid etdiyini də qeyd edib.

 

Trampın bu yanaşması keçmiş prezident Co Baydenin Səudiyyə Ərəbistanına qarşı sərt mövqeyi ilə ziddiyyət təşkil edir.

 

Mənbə: NBC News
Tərcümə etdi: Türkan Kərimli