Prezident onu hərbi prokuror təyin edib

Bölmə: Siyasət › ,
Tarix: 18:15 13.05.2025

 

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – hərbi prokuror təyin edilib.

 

“İnformator.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.


Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.