Prezident Ərdoğan Mark Rutteni qəbul edib

Tarix: 21:02 13.05.2025
Prezident Ərdoğan NATO-nun baş katibi Rutteni qəbul etdikdən sonra Rabitə İdarəsindən açıqlama verilib.
Açıqlamaya görə, görüşdə Türkiyə-NATO əlaqələri, Ukrayna-Rusiya müharibəsi ilə bağlı inkişaflar, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin NATO-ya önəm verdiyini və bunun göstəricisi olaraq NATO-nun Kosovo Qüvvələrinin komandanlığını yenidən öz üzərinə götürəcəyini bildirib.
Türkiyənin terrorla mübarizədə müttəfiqlərindən əməkdaşlıq gözlədiyini vurğulayan Ərdoğan, daxili və xarici çətinliklərə baxmayaraq, Türkiyənin NATO-nun güclü olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini uzunmüddətli və ədalətli sülhlə sona çatdırmaq üçün səylərini artırdığını, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski ilə görüşlər keçirdiyini, Türkiyənin hərtərəfli atəşkəsin bərqərar olmasını qətiyyətlə dəstəklədiyini, NATO-nun bu müharibənin bir parçası olmaması mövqeyində olduğunu, sülh fürsətinin qaçırılmaması lazım olduğunu bildirib.
TRT XƏBƏR
Asiman Vəliyeva