ABŞ və Səudiyyə 300 milyard dollarlıq saziş imzalayıb

Bölmə: Siyasət › ,
Tarix: 21:20 13.05.2025

ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 300 milyard dollar olan ikitərəfli sazişlər imzalanıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ər-Riyadda keçirilən Səudiyyə-Amerika forumunda deyib.

 

Bildirilib ki, ölkələr arasında ümumi investisiya öhdəlikləri 600 milyard dollar təşkil edir ki, bunun da yarısı ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanmış konkret razılaşma və müqavilələrlə təmin olunub.