Polşa bu ölkə prezidentini ərazisinə buraxmayacaq

Tarix: 21:28 13.05.2025
Polşa Serb RespublikasınınPrezidenti Milorad Dodikin ərazisinə daxil olmasını qadağan edəcək.
“İnformator.az" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Milorad Dodikin ölkəyə girişinə qadağa qoyulması proseduruna başlanılıb. Bu, hələ də davam edir və bir neçə gün ərzində tamamlanacaq”, - məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Avstriya və Almaniya “Bosniya və Herseqovinadakı konstitusiya böhranını” əsas gətirərək Dodikə ölkəyə giriş qadağası qoyub. Vyana və Berlin “konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görməyə” qərar veriblər.