Rusiya-Ukrayna danışıqlara hazırlaşır

Bölmə: Siyasət › ,
Tarix: 21:44 13.05.2025

"Moskva atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır", Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə birbaşa danışıqlara hazır olduqlarını bəyan edib. Lakin bunun üçün Moskvanın mayın 12-dən etibarən atəşkəsə razılıq verməsi əsas şərt kimi göstərilib. Zelenski bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinin İstanbulda danışıqlar təklifi fonunda verib.

 

Mövzu ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, Zelenskinin danışıqlarından belə başa düşülür ki, Ukraynanın əsas istəkləri var:

 

"Əsas istəkləri odur ki, heç olmasa ilk mərhələdə 30 günlük atəşkəs olsun və bəzi danışıqlar aparılsın. Ola bilsin ki, yorulan Ukrayna əsgərlərinə bir az da dincəlmək şansı yaratmaqdır. Artıq 3 ildən çoxdur ki, döyüşürlər və bu kifayət qədər çətin prosesdir. Müharibəni aparmaq, Avropadan gələ biləcək yeni silah hissələrinin qəbul edilməsini həyata keçirmək elə də asan deyil. Lakin hər vəziyyətdə Ukraynanın tələbi, yəni ölkədə qanın axmasını dayandırmaqdır. Hər halda Rusiya tərəfi də bunu istəyər, amma tərəflərin maraqları tam təmin olunmur. Nə Rusiya maraqlarından əl çəkmir, nə də Ukrayna bu məsələdə geri addım atmır. Onun üçün də fərqli vəziyyət yaranıb. Amma hər halda bir müddət gözləmək lazımdır".


Ayşən Səlimova