Putin İstanbula gəlsə, Tramp da oraya gedəcək -Kelloq

Bölmə: Dünya › ,
Tarix: 22:40 13.05.2025

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə, mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Foks Biznes” telekanalına müsahibəsində bildirib.

 

“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, - o deyib.