ABŞ Suriyaya qarşı olan bütün sanksiyaları ləğv edib

Bölmə: Dünya › ,
Tarix: 23:02 13.05.2025

ABŞ Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.

 

“İnformator.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

 

O bu qərarını Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı söhbətlərdən sonra aldığını vurğulayıb.

Tramp həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan potensial Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək.

ABŞ lideri Rubionun gələn həftə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə də görüşəcəyini açıqlayıb və bölgədəki diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.