NATO-nun baş katibi PKK-nın özünü ləğv etməsinə münasibət bildirib

Bölmə: Dünya › ,
Tarix: 16:35 14.05.2025

Hazırda Türkiyədə olan NATO-nun baş katibi Mark Rütte PKK terror təşkilatının özünü ləğv etməsinə münasibət bildirib.

 

“İnformator.az” xəbər verir ki, M.Rütte PKK-nın özünü ləğv etməsini olduqca əhəmiyyətli hadisə adlandırıb.

 

"Türkiyə NATO daxilində terror hücumlarından ən çox zərər çəkmiş ölkədir", - deyə NATO-nun baş katibi əlavə edib.