Babək rayonunun dağlıq kəndlərinə güclü dolu düşüb

Tarix: 20:33 14.05.2025
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.
"İnformator.az" xəbər verir ki, mayın 14-də muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb.
Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində isə güclü dolu müşahidə olunub.
Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.