Səhnədə Trampı tənqid edib

Bölmə: Siyasət › ,
Tarix: 20:21 14.05.2025

Amerikalı aktyor Robert De Niro 78-ci “Kann” Film Festivalının səhnəsindən ABŞ Prezidenti Donald Trampı tənqid edib. 

 

“İnformator.az" xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

 

Mükafatlandırma mərasimi zamanı aktyor bildirib ki, Tramp incəsənət, humanitar elmlər və təhsilə ayrılan maliyyəni və dəstəyi kəsib:

 

“İndi isə o, ABŞ-dən kənarda istehsal olunan filmlərə 100 faizlik rüsum elan edib. Siz yaradıcılığa qiymət qoya bilməzsiniz, amma yəqin ki, vergiyə cəlb edə bilərsiniz”.

 

Aktyor çıxışında tamaşaçıları Trampın yürütdüyü siyasətə qarşı çıxmağa çağırıb:

 

“İndi hərəkət etməliyik. Zorakılıq olmadan, lakin böyük ehtiras və qətiyyətlə. Azadlığı düşünən hər kəsin təşkilatlanma, etiraz etmə, seçki olanda təbii ki, səs vermək vaxtıdır”.

 

Qeyd edək ki, 81 yaşlı De Niro fəxri “Qızıl Palma” budağına layiq görülüb.