İranın danışıq üçün tələbləri: Yalnız bundan sonra…

Tarix: 11:33 16.06.2025
İran rəsmiləri Qətər və Omandakı vasitəçilərə açıq şəkildə bildiriblər ki, İsrailin zərbələri davam etdiyi müddətdə Tehran İsraillə atəşkəs barədə danışıqlara getməyəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.
“İranlılar Qətər və Oman vasitəçilərinə yalnız İranın İsrailin zərbələrinə cavab verməsindən sonra ciddi danışıqlara hazır olacaqları barədə məlumat veriblər”, - mənbə bildirib.
Onun sözlərinə görə, İran hücum altında olduğu müddətdə danışıqlara getməyəcəyini açıq şəkildə bildirib.
Adı açıqlanmayan rəsmi həmçinin İranın Oman və Qətərdən ABŞ-dan atəşkəsə nail olunmasını və nüvə danışıqlarının bərpasını istəməsini xahiş etməsi ilə bağlı mediada yayılan xəbərləri də təkzib edib.