Tramp İran-İsraillə bağlı açıqlaması

Tarix: 12:00 16.06.2025
ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında gərginləşən münaqişəni dəyərləndirib. Tramp, "Düşünürəm ki, razılaşmanın vaxtı çatıb və biz nə olacağını görəcəyik. Amma bəzən onlar öz aralarında işləri nizamlamalı olurlar"- deyib.
Kanadada keçiriləcək G7 sammiti üçün Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandıran Tramp, daha əvvəl sosial media hesabından verdiyi açıqlamada da ifadə etdiyi kimi, “Ümid edirəm ki, razılaşma olacaq”- deyib.
Tramp davam edib:
"Düşünürəm ki, artıq razılaşmanın vaxtı çatıb və biz nə olacağını görəcəyik. Amma bəzən onlar öz aralarında məsələni həll etməli olurlar".
Jurnalistlərin “İranla razılığa gəlməkdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə razılaşırsınızmı?” sualına cavab olaraq: Tramp, "Biz çox yaxşı anlaşırıq. Və məncə, bir-birimizə böyük hörmətimiz var"- deyib.
Başqa bir suala cavab olaraq Tramp təkrar etdi ki, lazım gələrsə, ABŞ İsraili müdafiə etmək üçün nə lazımdırsa edəcək.
Haber Global
Əminə Əliyeva