Rusiyada iki hava limanı bağlanıb

Tarix: 10:13 19.06.2025
Rusiyanın Volqoqrad və Saratov hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Təhlükəsizliyi təmin etmək üçün Volqoqrad və Saratov hava limanlarında sərnişin təyyarələrinin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda qeyd olunub.