İsrail-İran münaqişəsinin 7-ci günündə nələr baş verir?

Tarix: 13:15 19.06.2025
İsrailin İranda yerləşən nüvə obyektlərinə və raket bazalarına hücum etməsindən sonra iki ölkə arasındakı qarşıdurma yeddinci gününə qədəm qoyub.
İsrail Ordusunun yaydığı məlumata görə, 18 iyun Çərşənbə günü günorta saatlarında başladılan hava hücumu zamanı “Tehran ətrafında 20 hərbi və təhlükəsizlik hədəfi” vurulub.
Hücumlar Çərşənbə gecə saatlarında da davam edib. İsrail Ordusu bu hücumların İranın qərbinə yönəldiyini, xüsusilə daha əvvəl bombalanan bölgələrdə sursat toplamağa çalışan şəxslərin hədəf alındığını bildirib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bu gün Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) İranla bağlı ikinci fövqəladə iclasını keçirəcək. İclas İranın tələbi ilə Çin, Pakistan və Rusiyanın dəstəyi ilə baş tutur.
İranın müraciətinə əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi və BMT-nin Siyasi İşlər üzrə rəhbəri Rozmari DiKarlo Şuraya məlumat verəcəklər.
BBC News
Fatimə Heydərova