Putin prezident Ərdoğana təşəkkür edib

Tarix: 13:23 19.06.2025
Rusiya prezidenti Vladimir Putin İran-İsrail münaqişəsi ilə bağlı açıqlamalar verib. Putin, “İsrailin təhlükəsizliyi və İranın maraqları təmin oluna bilər” deyib.
Ukrayna müharibəsinə də toxunan Putin İstanbul danışıqlarına görə prezident Ərdoğana minnətdar olduğunu bildirib. Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin suallarını cavablandırıb.
Putin İranda xalqın rejim ətrafında birləşdiyini bildirib. Döyüşlərə son qoymağın yollarını axtarmalı olduğumuzu deyən Rusiya lideri İranın dinc nüvə enerjisi əldə etmək hüququna malik olduğunu bəyan edib.
ABŞ və İsraillə təmasda olduqlarını bildirən Putin, “Biz heç kimə heç nəyi məcbur etmirik, sadəcə vəziyyətdən mümkün çıxış yolunu necə gördüyümüzdən danışırıq” deyib. Ukrayna müharibəsi və Qərblə gərginliyə də toxunan Putin İstanbul danışıqlarına görə prezident Ərdoğana minnətdar olduğunu bildirib.
Rusiyanın NATO-ya hücum edəcəyi iddiasının cəfəngiyyat olduğunu deyən Putin Trampın “Mən prezident olsaydım, Ukrayna müharibəsi olmazdı” deməkdə haqlı olduğunu bildirib.
TRT haber
Ayşən Səlimova