“Azərbaycan Rusiyanı strateji müttəfiq hesab edir”-ŞƏRH

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:14 19.06.2025

"Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən də gəmiqayırma sahəsində birgə layihələr hazırlayır".

Bunu Rusiya Prezidenti Vladimir Putin “TASS”ın dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmuna malikdir.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, təkcə logistika və gəmiqayırma, yox digər sahələrdə qonşu dövlətlərin əməkdaşlıq etməsi hər iki dövlətin xeyrinədir:

 

“Özümüzün və Rusiyanın inkişafına töhfədir. Yük axınları, tranzit əlaqələrinin yaxşılaşdırılması, ticarətin genişləndirilməsi iqtisadiyyatı böyüdür. Burada heç bir əsas şərt yoxdur. Qarşılıqlı fayda, maraq və hörmət əsasında münasibətlər olmalıdır. Rusiyanı strateji müttəfiq hesab edirik. Əməkdaşlıq haqqında müqaviləmiz var. Heç bir maneə yoxdur. Azərbaycanın bu əməkdaşlıqda üstünlüyü bərabərdir. Azərbaycan İranla Rusiya arasındakı bölgədir. Ona görə də Rusiya İran ticarəti Rusiyanın şimal-cənub nəqliyyat dəhlizində iştirak edən həlqədir. 

Rusiya təkcə Azərbaycanla əməkdaşlıq etmir, Mərkəzi Asiya ilə də əməkdaşlıq edir. Şimal-cənub nəqliyyat dəhlizinin bir qolu da buradan keçir. Azərbaycan da çalışır ki, o daha aktiv fəaliyyətdə olsun”.

 

Nuray Əliyeva