İrandan Türkiyəyə kütləvi köç ola bilər?

Tarix: 13:25 19.06.2025
İyunun 13-də İsraillə İran arasında başlayan qarşıdurma İrandan Türkiyəyə böyük bir köç ehtimalını gündəmə gətirib.
Suriya vətəndaş müharibəsi zamanı yaşanan miqrasiya hərəkatı sosial media paylaşımlarında sıx şəkildə xatırlanıb və bunun təkrar olub-olmayacağı sual altına düşüb. İstər xəbər agentlikləri, istərsə də BBC Türkcəyə müsahibə verən yerli mənbələr sərhəddə Türkiyəyə doğru böyük miqrasiya hərəkətinin olmadığını bildirib.
Miqrasiya İdarəsi də Anadolu Agentliyinin Təsdiq Xəttinə bildirib ki, “İrandan Türkiyəyə miqrasiya dalğasının başladığı iddiası tamamilə doğru deyil”.
BBC Türkcənin danışdığı ekspertlər də indiki şəraitdə böyük miqrasiya dalğası gözləmirlər. Bununla belə, onlar əlavə edirlər ki, hücumlar böyük müharibəyə çevrilərsə və ya dərin daxili qarışıqlıq olarsa, kütləvi miqrasiya hərəkatı mümkündür. Lakin onlar deyirlər ki, hətta bu halda da İrandan bir miqrasiya dalğası müxtəlif yollarla suriyalıların miqrasiyasından çox fərqli olacaq.
BBCnews
Aysel Mirzəyeva