Azərbaycan neftinin qiyməti yenidən 73 dolları ötüb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:13 27.06.2025

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb.

 

"İnformator.az" "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 1,18 % artaraq 73,35 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,49 ABŞ dolları təşkil edib.