Rubio Şahbaz Şəriflə İranı müzakirə edib

Tarix: 10:41 27.06.2025
İyunun 26-da ABŞ Dövlət katibi Marko Rubio ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə Yaxın Şərqdəki hadisələri müzakirə edib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Dövlət katibi Rubio vurğulayıb ki, İran heç vaxt nüvə silahını əldə edə bilməyəcək. Hər iki lider İsrail və İran arasında davamlı sülhü təşviq etmək və regional sabitliyi qorumaq üçün birgə işləməyin vacibliyini qeyd ediblər”, - məlumatda vurğulanıb.