Türkiyə Böyük Millət Məclisinin iş müddəti uzadılıb

Bölmə: Dünya › ,
Tarix: 20:58 27.06.2025

 

Türkiyə Böyük Millət Məclisi yay tətlinə çıxmayacaq. Məclisin iş müddətinin uzadılması ilə bağlı qərar “Resmi Gazete”də dərc olunub.

Qərara əsasən, 1 iyul 2025-ci il tarixində tətildə olması nəzərdə tutulan TBMM fəaliyyətini davam etdirəcək. Bu dəyişiklik, Türkiyə Konstitusiyasının 93-cü və Məclis Əsasnaməsinin 5-ci maddəsinə əsasən həyata keçirilib.

Məclisin 25 iyun tarixində keçirilmiş 101-ci iclasında qəbul olunan qərarla, TBMM yay fasiləsinə çıxmadan qanunvericilik fəaliyyətini sürdürcək.

TRT HABER
Mahmudlu Ləman