Aİ liderləri: İsraillə əməkdaşlıq azaldıla bilər

Bölmə: Dünya › ,
Tarix: 20:57 27.06.2025

 

Avropa İttifaqı liderləri, İsraillə əməkdaşlığın azaldılması üçün təkliflər hazırlanmasını Aİ-nin yeni xarici siyasət rəhbəri Kaja Kallasa tapşırıblar. Bu barədə Litva Prezidenti Gitanas Nauseda Brüsseldə keçirilən Aİ sammiti zamanı məlumat verib.

O bildirib ki, liderlər Qəzzada humanitar vəziyyətin dözülməz olduğunu qəbul ediblər və bu səbəbdən konkret tədbirlər görülməsi tələb olunur. Kallas iyulda ticarət və digər sahələrə dair təkliflərini təqdim edəcək.

“Politico”ya görə, İsraillə Assosiasiya Sazişinin tam ləğvi üçün yekdil razılıq lazımdır. Almaniya və Macarıstan buna qarşı çıxır. Lakin ticarətə məhdud sanksiyalar çoxluq səsi ilə qəbul oluna bilər.

Aİ-nin insan hüquqları üzrə nümayəndəliyinin hesabatında isə Qəzza və Qərb sahilində hüquq pozuntularının mövcudluğu vurğulanıb.

TRT haber
Mahmudlu Ləman