Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb

Tarix: 15:18 05.07.2025
"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib.
Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.