Husilər İsrailin cənubunda hərbi obyektə və Eylat limanına hücum ediblər

Bölmə: Dünya › ,
Tarix: 23:42 15.07.2025

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) İsrailin Negev səhrasında yerləşən hərbi obyektinə və Eylat şəhərindəki limana zərbələr endirib.


"İnformator.az" xarici mətbuata istinadən xəbər verir ki, bunu üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria deyib.


Üsyançılara məxsus “Al Masirah” televiziya kanalının efirində çıxış edən Saria bildirib ki, hücum 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilib. PUA-lardan ikisi Negev bölgəsində yerləşən hərbi hədəfə, üçüncüsü isə Eylat limanına zərbə endirib.