AB Gürcüstanla bağlı qərar verə bilməyib

Tarix: 23:46 15.07.2025
İyulun 15-də Avropa Birliyinin (AB) Xarici İşlər Nazirlər Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələsini müzakirə edib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, AB Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib.
AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər.
Bildirilib ki, AB Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib.