Parlamentin Terrordan Azad Türkiyə Komissiyası son mərhələdə!

Bölmə: Dünya › ,
Tarix: 13:34 16.07.2025

Ötən həftə PKK terror təşkilatının rəhbərlərinin də olduğu 30 nəfərlik qrup Terrordan Azad Türkiyə quruculuğu prosesində silahlarını yandırıb və TBMM-də yaradılacaq komissiya da son mərhələyə çatıb

 

TBMM sədri Numan Kurtulmuş komissiyanın üzvlük bölgüsünü təyin edəcək və tərəflərə çağırış edəcək. 30-35 nəfərdən ibarət olacağı gözlənilən komissiyanın partiyaların Parlamentdəki təmsilçiliyinə görə proporsional şəkildə bölüşdürülməsi gözlənilir. Bu halda AK Partiya və CHP-nin komissiya üzvlərinin yarısından çoxu olacaq. Demokratik Partiya (DEM) Partiyasının da əlavə edilməsi ilə bu üç partiyanın komissiyada “keyfiyyətli çoxluq” təşkil edəcəyi gözlənilir. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı