Sinqapur yenidən dünyanın ən bahalı şəhəri seçilib

Bölmə: Maraqlı › ,
Tarix: 21:36 17.07.2025

Sinqapur, zənginlərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri siyahısında birinci yeri saxlayıb. Bu barədə İsveçrənin “Julius Baer” bank qrupunun illik hesabatında bildirilir.

 

Reytinq cədvəlində ikinci yeri London, üçüncü yeri isə Honq Konq tutub. İlk beşlikdə həmçinin Monako və Sürix də yer alıb. Onların ardınca isə Şanxay, Dubay, Nyu-York, Paris və Milan qərarlaşıb.

 

Julius Baer tərəfindən hazırlanan indeksdə zəngin vətəndaşların istifadə etdiyi 20 məhsul və xidmətin qiymətləri nəzərə alınıb. Siyahıya lüks avtomobillər, zərgərlik məmulatları, hüquqi xidmətlər, biznes-klass aviabiletlər və özəl məktəb təhsili kimi kateqoriyalar daxildir. Hesabat həmçinin 360 min dollardan çox sərvətə sahib şəxslər arasında keçirilən sorğulara əsaslanır.

 

Mənbə : Caliber 

Aytən Ağazadə