Ucarda ağır qəza-4 nəfər yaralanıb

Tarix: 22:25 17.07.2025
Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"İnformator.az" "Teleqraf"a istinadən məlumatına görə, qəza Qaradağlı kəndi istiqamətində baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində 3-ü Ucar rayonu, 1-i isə Sumqayıt şəhəri sakini olmaqla dörd nəfər xəsarət alıb.
Yaralılar 1979-cu il təvəllüdlü Kəmalə Rəsulova, 1993-cü il təvəllüdlü İlkin Rəsulov, 1972-ci il təvəllüdlü Pərvanə Rəsulova və 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.