Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:30 17.07.2025

Bu gün Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin doğum günüdür. 


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, Ərdəbil şeyxlərindən olan Səfəvilər xanədanına mənsub İsmayıl Heydər oğlu 1487-ci ilin iyulun 17-də anadan olub.

 

14 yaşında taxta çıxan Şah İsmayıl qısa zaman kəsiyində Şimala yürüşlər təşkil edir, Şirvan və Şəki hakimliklərini Səfəvi dövlətinə tabe edir, parçalanmış Ağqoyunlu xanədanının bir-birini qəbul etməyən hökmdarlarına qalib gəlir.

 

Güclü dövlət xadimi, bacarıqlı sərkərdə, cəsur döyüşçü olan Şah İsmayılın zamanında Səfəvi dövlətinin ərazisi təxminən 2 milyon 800 min kvadrat kilometrə çatırdı. İlk dəfə türk dilinin rəsmi dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl ədəbiyyat, incəsənət hamisi idi. Özü də türkcə şeirlər yazan böyük hökmdar türkdilli Azərbaycan ədəbiyyatına böyük töhfələr vermişdi.

 

1510-cu ildə güclü özbək hökmdarı Şeybani xana qalib gələn Şah İsmayıl Səfəvi dövlətini imperiyaya çevirdi. Səfəvilərin güclənməsi başqa bir türk dövlətini - Osmanlı imperiyasını narahat edirdi.

 

1514-cü ilin avqustunda Çaldıran düzənliyində zəmanəsinin iki nəhəng türk dövləti üz-üzə gəldi. Döyüş Səfəviləri məğlubiyyəti ilə bitsə də, Osmanlılar da ciddi itki verdilər.

 

Gənc hökmdar 1524-cü ilin 23 mayında vəfat etdi.


Onun nəşi Ərdəbilə gətirilərək Şeyx Səfi məqbərəsində torpağa tapşırıldı.