Ukraynaya Avropa qoşunlarının yeridilməsi...-Merz

Tarix: 10:37 18.05.2025
Hələlik Avropa Ukraynaya qoşun yeritməyi düşünmür, çünki əsas vəzifə Rusiya tərəfində atəşkəsə nail olmaqdır.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Növbəti addım sülh danışıqlarının formatını, eləcə də bir gün Ukraynanın hansı təhlükəsizlik təminatına ehtiyac duya biləcəyini dəqiq müəyyən etmək olmalıdır”, - Merz bildirib.
Onun sözlərinə görə, Avropa qoşunlarının Ukraynaya yeridilməsi məsələsi hələ tezdir.